Nadirlə Ayan sevgilidirlər? - "Onu bağrıma da basa bilərəm"

Uzun müddətdir ki müğənnilər Nadir Qafarzadə və Ayan Babakişiyeva arasında sevgi münasibətlərinin olduğu söylənilir.
“Sherg.az” xəbər verir ki, N.Qafarzadə “MTv Azərbaycan”a açıqlmasında bu iddalara aydınlıq gətirib. Sənətçi mövzu ilə əlaqədar bunları deyib:
“Gənc ifaçılardan Ayanla duet oxumuşam. Başqa müğənnilərlə də mahnı ifa etmişəm. Korifey sənətkarlarla da duetlərim olub. Ona görə biz bir-birimizi sənət dostu kimi görürük. Ayan mənim qızım yerindədir. Onun ailəsini tanıyıram, qızına balam deyirəm. Münasibətlərimiz isti ola bilər. Onu bağrıma da basa bilərəm. O demək deyil ki, sevgilimdir. Mənim Ayan yaşda oğlum var. Bu mənə yaraşmaz. Hətta yaraşsa da, xalqın qızına pis gözlə baxa bilmərəm”.