Neftin bahalaşması Azərbaycanın valyuta gəlirlərini artıracaq

"Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib".

Bunu "Şərq"ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib: “Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir”.

V.Bayramov bildirib ki, neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq: “Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir”.
Millət vəkili deyir ki, enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirəlayiqdir.