Rəqsanədən Nadirə: "Toydan sonra evə get"

Müğənni Nadir Qafarzadə toy üçün Rusiyaya yola düşən həmkarlarının sırasına qoşulub. O, Moskvada Rəqsanə İsmayılova ilə görüşüb. 

"Sherg.az" xəbər verir ki, Nadir həmkarı ilə birgə videosunu paylaşıb. 

Onları dialoqu marağa səbəb olub. Rəqsanə Nadirə toydan sonra evə getməsini söyləyib:

"Belə də ki, nə demişəm, əcəb etmişəm. Sözümün arxasındayam. Sən də xoş gəlmisən. Amma ayaqlarını sındıraram, toydan sonra evə get. Bildin də "Evə get" adlı mahnı oxuyacam. Hardan çıxsanız axşam evə, həyat yoldaşınızın yanına gedin. "Aşk-meşk" olmasın". 

Nadir isə həmkarına zarafatla "Hərdən olar" deyə cavab verib. 

Xatırladaq ki, Rəqsanə İsmayılova bir müddət öncə Rusiyaya üz tutan azərbaycanlı müğənnilərə irad bildirib. O, bəzi ifaçıların pis işlərlə məşğul olduğunu söyləyib. Müğənni həmçinin onlara toydan sonra evə gedin deyib.