Manaf Mənzurəyə QADAĞA QOYDU: "Məndən icazə almadan..."

Bir müddət öncə müğənni Mənzurə Musayeva duet ortaqlarının bir-biri ilə eşq yaşadığını iddia edib. Lakin həmkarı Manaf Ağayev bunun belə olmadığını söyləyərək onunla razılaşmayıb.

İki ifaçı “xəbər-ətər” proqramında üz-üzə gəlib.

“Sherg.az” xəbər verir ki, M.Musayeva verilişə telefonla bağlanaraq Manafla duet oxuya biləcəyini söyləyib: 

“Bəziləri kiminsə “şot”una tanınmaq istəyir. Ona görə duet oxuyurlar. Amma Manafla mənim duet ifa etməyimdə nə var ki? Tanınmış adam digər tanınmışla oxuya bilər. Burada problem yoxdur. Lakin yeni ifaçılar bir az tanınan kimi duet oxuduqlarını saymırlar. Göz qabağındadır, hamı bilir. Yalnız etikaya görə, Manaf, ya da başqası demək istəmir. Hamı bilir ki, kim nə işə görür. Manafda mənfi nə isə görməmişəm. Demişəm ki, 80 faizi belədir. Manaf bir duet oxuyur, sonra bitir. Nəzərdə tutduqlarım isə bir-birilərindən ayrı toya gedə bilmirlər. Bir-birilərini qısqanırlar, deyirlər, mənsiz harasa getmə. Guya Manaf bilmir? O, şou-biznesdə hər şeydən xəbərdardır”.

Bu zaman M.Ağayev zarafatla həmkarına bunları deyib: 

“Mənimlə duet oxuyandan sonra icazəsiz heç yerə getməyəcəksən”.