Əməkdar arist övladlarından DANIŞDI:“Nə olsun ki, Zakir Əliyevin övladlarıdır...”  

“Övladlarım musiqini seçmədilər. Başqa sənətə yiyələndilər. Onları əvvəl musiqi təhsilini yönləndirmişdim. Biri tar, o biri də piano üzrə təhsil alıb. Lakin  məktəbi bitirəndən sonra musiqidə davam etmədilər”
“Sherg.az” xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a açıqlamasında əməkdar arist Zakir Əliyev deyib. O fikirlərinə bunları da əlavə edib:
“Gərək həmişə sənətlə yaşayasan. Nə olsun ki, Zakir Əliyevin övladlarıdır. Sənəti mükəmməl öyrənməyə çalışmalısan.  Atam mənim sənətə gəlməyimi görməyib  Ona görə pis oluram. O bizim ifalarımızı lentə almağı xoşlayırdı. Bacılarımın, qardaşlarımın səsini yazırdı. Mənim də uşaqlıqdan səsim var idi. Amma professional sənətə gəlişimi atam görmədi. Yeddinci sinifdə oxuyanda  dünyasını dəyişdi. Ondan sorna musiqi təhsili aldım. Ardınca da sənətə gəldim. Küsməyi, inciməyi xoşlamıram. Bəzi insanlar  ab-havadan küsürlər, sənəti atmaq istəyirlər. Mən nə vaxtsa kimdənsə küsməmişəm.  Biri diqqətsizlik edəndə, sözün yerini bilməyəndə, müraciət forması düzgün olmayanda günahı özümdə axtarmışam. Fikirləşmişəm ki, görəsən hansı səhv hərəkət etmişəm ki, o belə edir”.