Müğənni Elməddin Cəfərovdan danışdı: “...Konkret ölüm ayağında idi” 

Müğənni Vasif Məhərrəmli “Həmin Zaur” proqramında qonaq olarkən aktyor Elməddin Cəfərovla maraqlı bir xatirəsindən danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçi sözügedən verilişdə bunları söyləyib:
“Bir dəfə məni sosial şəbəkələrdə top atəşinə tutmuşdular. Bu həmişə olub. Yəqin ki, yenə olacaq. Nə isə.. Həmin vaxtlarda bir restorona getmişdim. Elməddinlə rastlaşdım. Mənimlə görüşməmiş dedi: “Axır ki, sən də nüfuzdan düşdün”.  O gündən bir müddət sonra sosial şəbəkələrdə oxudum ki, Elməddin  xəstələnib, xəstəxanaya yerləşdirilib. Konkret ölüm ayağında idi. Zəng elədim, cavab verən kimi, dedim: “Şükür Allaha, axır ki, sən də canınla əlləşirsən”. Sonra qayıtdım ki, danış, amma səsi də çıxmırdı. Mən də söylədim ki,bəh-bəh, nə gözəl...”