3 min həkim istefa edib

Altı tibb müəssisəsində çalışan 3 min həkim istefa edib. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə koronavirus epidemiyası səbəbindən dəhşətli bir sağlamlıq böhranı ilə qarşılaşan Hindistanda yaşanıb.

Hindistanın Madhya Pradesh əyalətində Ali Məhkəmə 4 günlük tətil elan edən həkimləri tətili dayandırmaqlarını və vəzifələrinə qayıtmalarını bildirib. Madhya Pradeş Rezident Həkimlər Birliyi (MPJDA) Başçısı Dr. Arvind Meen  istefaların lazımi orqana təqdim edildiyini açıqlayıb. Meena köməkçi və baş həkimlərin tətillərini dəstəklədiyini söyləyib. O qeyd edib ki, həkimlər maaşlarının artırılmasını, həmçinin özlərinin və ailələrinin pulsuz korona müalicəsini tələb edirlər.

Qeyd edək ki, bir müddət öncə hökümət maaşlarda 17 faiz artım elan etsə də, həkimlər maaşlarının 24 faiz artımını tələb edirlər.