Aktyor da  toysuzluqdan gileyləndi:"Milləti qırıb-batırdınız"

Aktyor Sərxan Kərəmoğlu Azərbaycanda toyların yoxluğundan gileylənib. 
"Sherg.az"ın məlumatına görə, o İnstaqram profilində bunları yazıb:
"Allah Operativ Qərərgahda oturanlara insaf versin. Bu milləti qırıb-batırdınız. Sənətkarları çöllərə salmısınız. Xəstəlik hər yerdə var da. Restoranlarda vurçatlasındır, amma bəy-gəlin olmaz. Niyə?"