Rəqqasə Fatimə:“Hələ estetik əməliyyat etdirməmişəm”

«Düşünürəm ki, 5 il sonra ehtiyac olar. Təkcə burnumda əməliyyat var. O da get-gedə böyüyür”  
Rəqqasə Fatimə Fətəliyeva “Atv Maqazin onlarla” proqramının “ 33 sual” rubrikasında qonaq olub. O hansısa plastik əməliyyatının olmadığını söyləyib.
“Sherg.az” xəbər verir ki, sənətçi söhbətə davam edərək bunları deyib:
“Bir dəfə Niyam məni gördü, dedi ki niyə belə qocalmısan? Sonra qayıtdı ki,  sənin qocalmağa haqqın yoxdur, çünki adın “Göyçək Fatimədir”.  Mən hələ estetik əməliyyat etdirməmişəm. Düşünürəm ki, 5 il sonra ehtiyac olar. Təkcə burnumda əməliyyat var. O da get-gedə böyüyür”.