Sevil və Sevinc bacıları sözlərini "geri oxudular": "Yaxşı ki, toylar var"

Bir müddət öncə Sevil və Sevinc bacıları toy üçün Moskvaya üz tutan həmkarlarına irad bildirib və “Göyərti qiymətinə oxuyurlar” deyib.
“Sherg.az” xəbər verir ki, bacılar bu qalmaqallı açıqlamadan sonra qonşu ölkəyə yollanıblar. Onlar toyların birindən meyxanaçı Namiq Qaraçuxurlu ilə fotolarını paylaşaraq “Yaxşı ki, toylar var. Moskvada görüşə bildik” qeydini yazıblar.