Cavan qardaşını itirən Xatun səhnəyə qayıtdı:“Yüksələrsən, büdrəyərsən..."

 Bir müddət öncə stilist qardaşı Balaşı itirən müğənni Xatun Əliyeva sənət fəaliyyətini bərpa edib.
"Sherg.az" xəbər verir ki, o bu barədə İnstaqram hesabında yazıb:
"Həyat və sənət arasında sıx bağlılıq var. Hər ikisi imtahanları ilə sınağa çəkir. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsini görərsən, bir anda itirərsən, çökərsən. Amma davam edərsən. Çünki bunu etməlisən. Yenidən ayağa qalxmaq asan olmadı.
Onsuz davam edə bilməsəm də, elə öncə onun üçün yenidən dikəlmək və davam etmək qərarımdır.
Əminəm ki, onun yoxluğuna ağrılarına səhnədə  və sənətdə sizin sevginiz mənə məlhəm olacaq.
Ona görə də sizə, səhnəyə geri qayıdıram. Onun və sevənlərim üçün qayıdıram. Yenidən ayaqdayam və sizə qayıtmışam".