Afət sevgidən danışdı: "Qarşı tərəfə dəyər vermirəm, onda..."

Müğənni Afət Fərmanqızı “Hüseynova bacıları” proqramında qonaq olub. O həyatı və sənəti ilə bağlı bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o sözügedən verilişdə bunları söyləyib:
“Yaxşılıq etmirəm, pislik də əlimdən gəlmir. Amma yaxşılığımı dayandırıram. O  zaman da başıma fırlanır. Şəxsi həyatda da belədir. Önəm vermirəm, saymıram. Yenə saymayanda zəng edir ki, necəsən, nə var nə yox? İstəyir ki, mənə dəyər  versin. Sevgidə də eyni durumdur. Mən qarşı tərəfə dəyər vermirəm. Onda  dəyərli oluram. Məsələn, özəl günlərdə hədiyyə də alır, saymağı da olur. Əks halda  xəyanətlə üzləşirsən, səni önəmsəmir”.