Nura yenə “ilişdi”: “Qadınların çoxu bəzi kişilərdən daha qeyrətlidir”

"Çox qəribə bir zamanda yaşayırıq.   Çoxu xeyirxahlığı (əgər belə demək olarsa) yalnız göstəriş üçün edir".
"Sherg.az" xəbər verir ki bu sözləri Feysbuk profilində müğənni Nura Suri yazıb. O statusa bunları da əlavə edib:
"Üzə tərif, arxada qeybət edirlər. Söz verib etməmək dəb halını alıb. Artıq bəh-bəhlə, təmtəraqla toy edib, 1 il sonra boşanmaq da normal hal alıb.
Sevgi, vicdan, insaf, mərdlik dəbdən düşüb. Düşük, yalançı, yaltaq insanların vaxtıdır indi.

Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir".