Afətdən şok açıqlama:“Rusiyaya gedənlər bir otaq kirayələyib...”

“...On nəfər birgə yerdən döşək atıb yatırlar” 


Müğənni Afət Fərmanqızı “Hüseynova bacıları” proqramında Moskvaya üz tutan həmkarlarından danışıb.
“Sherg.az”  xəbər verir ki, o özünə də təkliflərin gəldiyini söyləyib:

“Həmin toy sahibləri hələ gözləyirlər. Çünki qonaqları Azərbaycandan gedəcək. Müğənnilər gedib orada qalırlar. Camaat da bilir ki,  ifaçılar  yaxındadırlar və çağırırlar.

Onlar da ucuz qiymətə razı olurlar. Mən də onlara haqq qazandırıram. Məsələn,  məni də dəvət etmişdilər, normal qiymətdən daha çox dedim. Çünki bilet qiymətləri baha idi. Onlar da söylədilər ki, burdakılar belə ucuz qiymətə oxuyurlar. 

Əvvəla oğlumu uzun müddətdir görmürdüm. Qaydalar yumuşaldılan kimi gəldi. Bir ay oğluma qulluq etdim. Hər şeydən öncə övladımı düşünürəm.

Aza da qane oluram. Sonra  oğlum qayıdanda səhhəti ilə bağlı problem yarandı. Geri döndü burada əməliyyat olundu. Üç ayım belə keçdi. Yerdə bir-iki ay qaldı. İndi də tədbirlər, şou proqramlar olur. Məni qane edirlər. Moskvaya gedənlər bilirsiz nə vəziyyətdə yaşayırlar? 

Bəzən də efirlərdə onlara replika atırlar.  Düzgü deyil. Rusiyaya üz tutan ifaçılar zülm çəkirlər. Misal üçün bir otağı kirayəyə götürüb, on nəfər birgə yerdən döşək atıb yatırlar”