Pişik Günel taleyindən gileyləndi:“Toya bir neçə gün qalmış bəyi...”

Müğənni Günel Ələkbərova ( Pişik Günel) “Lent.az”a açıqlamasında həyatından danışıb.
“Sherg.az” xəbər verir ki, ilk eviliyindən bəhs edib:
“Hər bir xanımın arzusu gəlinlik geyinməkdir. Mənim də ən böyük xəyalım idi. Əvvəllər  “Şarm”adlı proqram var idi. Orada müğənniləri bəzəyirdilər. Bir bölümdə gəlinlik geyinməli idim. Mən qəbul etmədim.

Çünki bir deyim var: Toydan əvvəl gəlinlik geyinənə, gəlinlik paltarı nəsib olmaz. Ona görə istəmədim. Özümdə görmədiyim arzularımı böyük ümidlə qızımın yaşamasını diləyirəm.

Qismət olmadı. Toya bir neçə gün qalmış bəyi qaçırdılar. Yaxşı ki belə olub. Bəzən arzular reallaşmayanda insan məyus olur. Zaman keçdikcə məsələhətlisinin belə olduğunu anlayır.

Ziyanın yarısından da dönmək yaxşıdır. Məndə nə varsa, hər şey ortadadır. Bəziləri kimi süni deyiləm. Olubsa, olduğunu deyərəm. Kinli olmamışam. Lakin haqqıma girənləri bağışlamıram. Qəlbim də çox yaralıdır.

Heç həmin şəxsi  danışdırmadım, maraqlı deyil. Biz rəsmi nikahla evli idik. O da  həbs olunmuşdu. Boşanmaq istəmirdi. Vəkilim həbsxanaya getdi.

Ona görə deyirəm ki, hər şərdə bir xeyir var. Özünün bir probleminə görə tutulmuşdu. Elə də yadımda deyil. Çoxdan olub. Xatırlayanda mənə gülməli gəlir”.