Xalq artistindən Makrona: "Məgər yetimin Allahı yoxdur?"

Dünəndən Fransa prezidenti Emanuel Makronun şillələndiyi video sosial şəbəkələrdə müzakirə olunur. 
Xalq artisti Brilliant Dadaşova da sözügedən kadrlara münasibət bildirib. 
"Sherg.az" xəbər verir ki, o həmin videonu İnstaqram hesabında paylaşaraq bunları yazıb:
"Məgər yetimin Allahı yoxdur? Sən Azərbaycanda yetim qalmış körpələri nəzərə alma...Allahın şilləsi daim cavabını verəcək. Allah böyükdür".