Səidə Sultan: “Məndə kişilərlə daha yaxşı alınır"                 

Müğənni Səidə Sultan “Salami şou” proqramında qonaq olub. O bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, sənətçi daha çox kişilərlə dostluq etdiyini söyləyib:
“Məndə kişilərlə daha yaxşı alınır. Qızlarla dost oluram, sonra öz-özünə küsüb, inciyir gedir. Anlamıram. Paxıllıq  elə bir hissdir ki, hamıda var. Kim desə ki, məndə yoxdur, yalan danışır. Amma gərək öz-özünü tərbiyələndirəsən. Mən özümdə paxıllıq görəndə aradan qaldırmaq istəyirəm”.