Azərbaycan filmlərinin yenilənmiş platforması istifadəyə verildi


Azərbaycan bazarında ən böyük kinostudiyalardan biri olan Narimanfilm MMC AzCinemaOnline adlı yeni layihəsini Gadimlie Studio şirkətinin dəstəyi ilə təqdim edib. Layihənin məqsədi platforma vasitəsi ilə ölkəmizdə kinematoqrafiya tarixi ərzində yaradılan müxtəlif bədii, sənədli və animasiya filmlərinə baxışı daha rahat etməkdir. Sayt daha qlobal auditoriyanın əksəriyyətinə gözəl Vətənimizi daha yaxından tanımasına imkan verir.

AzCinemaOnline digər ölkələrdə yaşayan azərbaycanlıların Vətən ilə əlaqələrini gücləndirməyə, onları mədəniyyət və kino sahəsindəki yeniliklərlə tanış etməyə yönəlmişdir. Platformada Azərbaycan kinosunun incilərindən əlavə xarici kinematoqrafçılar tərəfindən ölkəmizdə çəkilən filmlərə də baxmaq mümkündür.

Gadimlie Studio Narimanfilm kinostudiyası ilə əməkdaşlığı davam etdirmək niyyətindədir və hazırki platformanı yaxşılaşdırmaq və onun imkanlarını genişləndirmək fikrindədir:

  • Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında tanıtdırılması və təbliği;
  • gənc rejissorların öz əsərlərini qlobal auditoriyaya təqdim etmə imkanı ilə təmin etmək;
  • Azərbaycan kinematoqrafçılarının xarici həmkarları ilə əməkdaşlığı üçün şərait yaratmaq.