Zakir Əliyev kövrəldi:“Anam öləndən sonra nevroz oldum”

“Anama çox bağlı olmuşam. Hələ də bağlıyam. Deyirlər, insan dünyasını dəyişir. Doğrudan da yalnız dünyasını dəyişir, ölmür.  İnsan ruhu sağdır. Bəzi anlarda valideynlərimin ruhu ilə danışıram. Onlara dua oxuyuram”.
“Sherg.az" xəbər verir ki, bu sözləri Lamiyə Balacayevanın təqdimatında yayımlanan “Üzə-düz” verilişində əməkdar artist Zakir Əliyev söyləyib. O anasının 11 il əvəvl vəfat etdiyini deyib:
“Ümumiyyətlə, valideynin ölümü ilə övlad barışa bilmir. Atası-anası sağ olan övladlara deyirəm ki, həmişə onları qoruyun, xeyir-dualarını alın. O sağ olanda evdə darıxanda, gedib anamı ziyarət edirdim. Gecə ikidə, üçdə hər şey qaydasında olmasına baxmayaraq, sıxılmışam, yata bilməmişəm. Onda maşına oturub kəndə yola düşürdüm. Anamı qucaqlayıb, ətrini içimə çəkirdim. İndi hər şey var, anamın qoxusu yoxdur. Anamı dəfn etdikdən, sonra evə gəldik. Qardaşımla baxdıq, anamın yoxluğunu anladıq ki, onu qoyub gəlmişik. O an çox ağırdır. Atası-anası sağ olanlara səslənirəm ki, valideynlərinizə dəyər verin. Anam öləndən sonra nervoz oldum. İndi də onun ölümü ilə barışmıram”.