Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı: Manşet.az

Bugündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb.
"Sherg.az" xəbər verir ki, “Manşet.az” adlı sayt yeni, modern informasiya resursu kimi istifadəyə verilib.
Sayta manset.az domenindən giriş mümkündür. Xəbər portalı ölkənin siyasi, ictimai, sosial həyatındakı hadisələrdən və dünyada baş verən ən son xəbərlərdən məlumat verəcək.
Saytın yaradıcıları jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.