"Kənara çəkildim..."

Ebru Gündeş təsirli paylaşım edib

Türkiyənin ulduz müğənnisi Ebru Gündeş instagram hesabında düşündürücü paylaşım edib. Onun Türkiyənin məşhur söz ustası Özdəmir Asafın “ Sonra çekildim bir kenara, seyrettim bütün olup biteni.

Baktım kimde ben ne kadarım, kim bende ne kadar kalmış diye", sətirlərini paylaşmasını izləyicilər sualla qarşılayıb. “Əcəba Ebru “kənara çəkildim” deyərkən nəyi, kimi nəzərdə tutur?”. E.Güneşin fotosunu məhz bu sətirlər altında paylaşılmış olduğunu görən sosial media təqibçiləri maraqlarının gizləyə bilməyib. Təqibçilər “görəsən Ebru bu paylaşımı kimə göndərib” ətrafına müzakirə açıblar.

Qeyd edək ki, məşhur və sevilən  müğənni 11 il evli olduğu Güney Azərbaycanlı iş adamı Rza Zərrabdan boşanıb. Məhkəmə cütlüyün qızları Alaranın E.Gündeşin himayəsində qalmasına qərar verib. E.Gündeşi R.Zərrabdan boşanmaya məcbur edən səbəbsə, deyilənə görə xəyanətə uğramasıdır.