Pərvin Abiyeva:"Əvvəl müğənni olmaq istəyirdim"

Pərvin Abiyeva “Baku Tv”ə bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə o, xalq artisti Aygün Kazımovanın heyranı olduğunu söyləyib:
“Mən sənətdə arzularıma çatmışam. A.Kazımovanın fanatı olmuşam. Bunu demək düz çıxmaz. Lakin aramızda çox yaş fərqi var. Onun  mahıları ilə böyümüşəm.Onu izləyərkən səhnəni arzulayırdım. Əvvəl müğənni olmaq istəyirdim. Sonradan fikrimi dəyişdim”.