Müqavilələr imzalanacaq! - “Türkiyə hərbçilərinin ölkəmizdə yerləşməsi...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən azərbaycanlı həmkarı İlham Əliyevlə yeni müqavilə imzalayacağını deyib.  Türkiyə liderinin dediyindən anlaşılır ki, müqavilədəki müddəalar iki dövlət arasındakı strateji münasibətlərin daha da dərinləşdirilməsinə hesablanıb. Yəni, bu sazişi “böyük” adlandıra bilərik.  “Bu, əhatəli bir müqavilə olacaq”-deyə Ərdoğan bildirib.  

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a açıqlamasında sənədlərin mühüm əhəmiyyət kəsb edəcəyini dedi: 

“Dəqiq bir söz demək çətindir. Amma hər halda strateji əhəmiyyətli sənədlər olacaq. Və hər iki ölkə üçün müstəsna rol oynayacaq”.


Hüquqşünas, politoloq Fərhad Mehdiyev də öz proqnozlarını bölüşdü:

 “Ola bilsin, həmin müqavilələr azad olunmuş ərazilərdəki bərpa işləri ilə bağlı olsun. Ya da Türkiyə hərbi kontingentinin ölkəmizdə yerləşməsini nəzərdə tuta bilər. Hər halda bunlar sadəcə proqnozlardır”.