Qubada 85 yaşlı qadın yanaraq öldü


Qubada ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonunun Səbətlər kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Rəhmanova Gülnaz Cəzail qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.