ABŞ ilk uçan taksisini təqdim etdi: Bir saatlıq yol beş dəqiqə olacaq - FOTO


ABŞ-da istehsal olunan “Maker” elektrik uçan taksisinin tanıtımı keçirilib.

“Reuters” xəbər yayır ki, saatda 240 kilometr sürətlə uçması nəzərdə tutulan təyyarə bir saat davam edən səyahəti beş dəqiqəyə endirəcək.

30 kilometrlik səyahət sərnişinlərə 70 dollara başa gələcək. Hələlik sınaq mərhələsində olan vasitənin 2024-cü ilə qədər ABŞ Federal Aviasiya Adminstrasiyasından sertifikat alması gözlənilir.