Dəhşət!- Ana 3 yaşlı qızını eyvandan asdı - FOTOLAR

23 yaşlı ana 3 yaşlı qızını cəza olaraq altıncı mərtəbədəki eyvandan asıb.
"Sherg.az"ın məlumatına görə, hadisə Rusiyada baş verib.
Şahidlərin sözlərinə görə, balaca qızın "Ana, qorxuram" deməsinə baxmayaraq, anası bu sözlərə əhəmiyyət verməyib. Nəticədə azyaşlı qız yıxılaraq ölüb. Sonra ana aşağı enib qızının cəsədini evə gətirməyə və diriltməyə çalışsa da, bu, heç bir nəticə verməyib.
Qeyd edək ki, qızını cəzalandırmaq üçün ana körpəni köynəyindən asıb. Köynək cırıldıqda isə uşaq eyvandan yıxılıb. Ananın hadisədən bir müddət əvvəl evə sərxoş qayıtdığı bildirilir. Qadını 21 ilədək həbs cəzası gözlədiyi bildirilir.