Bu ölkədə iş üçün kök insanlar axtarılır:1 saata 2 min... - FOTOLAR

Yaponiyada bir şirkət kilolu insanları işə götürmək üçün elan verib. 
"Sherg.az" "Sabah.com"a istinadən bildirir ki, sözügedən xidmət "kilolu olmağın mənfi bir təsiri var" qərəzini yox etmək məqsədi daşıyır.
Yapon dilində istifadə olunan debu (artıq çəki) və kariru (kirayə) sözlərinin birləşməsindən yaranan "Debucari" adlı xidmətə başlayan şirkət "kilolu insanlar" işə götürməyə başlayıb.
Şirkət "Yaponiyada 100 kiloqramdan artıq bir çəkiyə çatmaq üçün bacarıq lazımdır" şüarı ilə yola çıxıb. Seçilən kök adamlar üçün 1 saata 2 min yen təklif edilir.