Aslan Hüseynovun MƏZARI: Sənət dostları yad edib - Foto

Avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun ölümündən 40 gün ötür. İfaçının sevənləri, dostları onu yada salıblar. "Sherg.az" xəbər verir ki, aparıcı İlham Mirzəyev də A.Hüseynovun məzarının görüntülərini paylaşaraq bu sözləri yazıb: 
"Rəhmətə gedənləri paylaşmaqdan ürəyim parça-parça oldu. Amma bu, onlara son borcumdur. Səsi gözəl müğənni Aslan Hüseynovun vəfatından 40 gün ötür. Sadiq dostları sağ olsunlar Bakıdan Gəncəyə gedib onu ziyarət ediblər. Ruhəngiz Allahverdiyeva və Sevda Kazımova, Allah sizdən razı olsun. Sevda heç özünə gələ bilmir. Nur içində yat, Aslan. Yəqin ki, bir gün hamımız orda görüşəcəyik".