AVRO-2020: Uels - İsveçrə matçında qalib müəyyənləşmədi - YENİLƏNİB - 4

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu başa çatıb.

"Report"un məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

18:33
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, 74-cü dəqiqədə Uels yığması hesabı bərabərləşdirib.

Kiffer Mur topu rəqib qapısından keçirib.

18:08
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 49-cu dəqiqədə İsveçrə yığması hesabı açıb.

Komandanın heyətində Bril Embolo fərqlənib.

18:04
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, qarşılaşmada hesab açılmayıb.

Görüşü fransalı hakim Kleman Türpen idarə edir. Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

17:49
Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşü fransalı hakim Kleman Türpen idarə edir.

Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

17:00
Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu start götürüb.

"Report"un məlumatına görə, görüşü fransalı Kleman Türpen idarə edir.