UEFA-dan Eriksenin vəziyyəti ilə bağlı AÇIQLAMA

UEFA-dan Avro-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Danimarka-Finlandiya oyunu zamanı vəziyyəti pisləşən futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verilib.

Qurumdan bildirilib ki, futbolçu xəstəxanaya çatdırılıb və vəziyyət stabilləşib.

Həmçinin Kristian Eriksenə təxirəsalınmaz tibbi yardım göstərilməsindən sonra hər iki komanda və oyunun rəsmi şəxsləri ilə görüş keçirildiyi bu barədə əlavə məlumatın Mərkəzi Avropa vaxtı ilə 19:45-də veriləcəyi qeyd olunub.