Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib - FOTO

Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib.

Oxu.Az-ın məlumatına görə, bu gün özəl xəstəxanalardan birində 29 yaşlı Lamiyə Mürşüdlü doğum edib. 

Doğulan körpələrdən dördü oğlan, biri qızdır. Müvafiq olaraq oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub.

Həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gələn beşəm 29-cu həftədə dünyaya gəliblər.

İlkin məlumata görə, hazırda ana və uşaqların vəziyyəti normaldır.