UEFA prezidentindən Kristian Eriksenlə bağlı açıqlama 

“Mən Kristian Eriksənə tezliklə sağalmasını arzulayıram və dua edirəm ki, onun ailəsində güc və inam olsun”.

UEFA-nın mətbuat xidmətinin məlumatına görə, bu sözləri qurumun prezidenti Aleksandr Çeferin deyib.

“Bu zaman futbol ailəsinin birliyi o qədər böyük idi ki, o və ailəsi hər kəsin xoş arzu və dualarını hiss etdilər. Mən hər iki komandanın azarkeşlərinin onun adını səsləndirdiyini eşitdim. Futbol möhtəşəmdir və Kristian onu möhtəşəm oynayır”, - deyə A.Çeferin bildirib.