Qaz ətinin faydalarını saymaqla qurtarmaz

Qaz quşlar fəsiləsinə aiddir. Qazın durna boğazına bənzəyən uzun boğazı, bədəninin orta hissəsində yerləşən iki ayağı və kiçik başı olur. Qazlar otlarla, mütləlif tərəvəzlərlə, buğda məhsulları ilə qidalanırlar.

Qaz ətinin rəngi tünd olur və ondan gözəl yeməklərin hazırlanmasında istifadə edilir. Qaz əti alarkən iri qazın ətini almaq lazımdır. Yaşı az olan qazın əti isə daha yağlı və dadlı olur. Ən yaxşı qaz əti isə akselerat qazın əti hesab edilir. Qazın cavan və ya yaşlı olmasını isə onun ayaqlarına baxaraq təyin etmək mümkündür. Cavan qazın pəncələri sarı rəngdə, yaşılı qazın pəncələri isə qırmızı rəngdə olur.
Kaloriliyi
100 qram qaz ətində161 kalori, 16 qram zülal, 34 qram yağ, 50 qram su olur. Onu bişirdikdə isə bu rəqəm 447 kKaloriyə çatır. Ən çox kalori qızardılmış qazda olur. Qızardılmış qaz ətində 447 kKal olur.
Qaz ətinin faydaları
Qaz ətinin tərkibi A, B1,B2, B3, B6,B9,B12,C vitaminləri, kalium, kalsium, maqnium, nartium, fosfor, dəmir, marqanes, sink, selen və s. mikroelementlər var. Qaz əti dietik qida hesab edilmir. O toyuq və hind quşu ətindən daha yağlıdır. Qaz əti toyuq ətindən fərli olaraq orqanizm tərəfindən gec sorulur. Sağlam və aktiv həyat tərzi keçirmək üçün qaz əti ən faydalı qidalardan hesab edilir.
Qaz ətinin 50%-i yağlardan ibarətdir. Bu yağlar linolendən ibarət olan olan yağ turşularıdır. Qaz ətinin tərkibində olan çoxlu amin turşuları orqanizmdə triptofanın, lizinin, arqininin, qlütamin turşusunun artmasına səbəb olur və orqanizmi ammonyak zəhərlənmələrindən qoruyur. Qaz ətinin tərkibindəki yağ turşularının tərkibi linolen lə zəngindir. Qaz əti zəifləmiş, stresdən xilas olmaq istəyən adamlar üçün əla qida vasitəsi hesab edilir. O yaşlı və zəifləmiş adamlar üçün ən gözəl qida vasitəsidir.
Xalq təbabətində qaz ətindən orqanizmdən toksinlərin xaric edilməsi üçün istifadə edilir.
Qaz ətinin zərərli xüsusiyyətləri
Qaz əti çox kalorili qida hesab edilir. Böyrək xəstəliklərindən, piylənmədən, həzm və qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkənlər qaz əti yemək məsləhət görülmür. (milli.az)