Gürcüstan prezidenti 15 erməninin  Ermənistana təhvil verilməsindən danışıb

“Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə olunması münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilini təbrik edirəm”.

24News.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili tvitter hesabında yazıb.


Dövlət başçısı qeyd edib ki, Gürcüstan tarixi vasitəçi roluna qayıdıb: “ABŞ və Arvopa İttifaqı Qafqaza dönüb, etimadın möhkəmləndirilməsi dayanıqlı sülhə aparan yoldur”, - deyə Zurabişvili qeyd edib.

Xatırladaq ki, Baş nazir İrakli Qaribaşvilinin fəal iştirakı ilə Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib, bunun müqabilində isə Azərbaycan tərəfi 15 ermənini Gürcüstan vasitəsilə Ermənistana təhvil verib.