Son anda balinanın ağzından qurtuldu

Xərçəng ovlamaq üçün sahilə çıxan kapitan dənizin 14 metr dərinliyinə enən zaman sözün əsl mənasında dəhşət yaşayıb. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Maykl Pakard adlı şəxs xərçəngə tutmağa gedərkən heç gözləmədiyi bir hadisə ilə qarşılaşıb.

O, bildirib ki, dənizdən təxminən 14 metr aşağı düşdükdən sonra anidən güclü bir zərbə hiss edib. 56 yaşlı Packard qeyd edib ki, əvvəlcə onu köpək balığın dişlədiyini zənn edib, lakin sonra ətrafa əli toxunmağa başlayıb və dişlərin olmadığını hiss edib: “ Heç ağrı hiss etmirdim. Nəhayət vəziyyəti güclə də olsa anladım. Başa düşdüm ki, balinanın ağzındayam və məni udmağa çalışır. O an öz-özümə öləcəm dedim. Həmin anda yalnız həyat yoldaşımı və uşaqlarımı düşündüm”.

Kapitan nəhəng məməlinin ağzında təxminən 30 saniyə keçirdiyini və daha sonra balinanın suyun səthinə çıxdığını və onu atdığını söyləyib: “Balina birdən səthə doğru yönəldi və başını sudan çıxarmağa başladı. Həmin an məni havaya atdı və suya düşdüm”.
Dənizdən xilas edildikdən sonra təcili xəstəxanaya yerləşdirilən Pakard bu qeyri-adi hadisədən yalnız kiçik sıyrıqlarla xilas olub. Anası onun inanılmaz dərəcədə şanslı olduğunu söyləyib.