“Erməni kilsəsinin fəaliyyəti pislənilməlidir” - Deputat

“Erməni kilsəsinin fəaliyyəti dünya dini mərkəzləri tərəfindən pislənilməlidir”.

Bu barədə Milli Məclisin Elm və Təhsil, İctimai Birliklər və Dini Qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, bütün dinlər insanları sülhə, birgəyaşayışa çağırır, amma Erməni kilsəsi bunu etmir: 

“Ermənistandan fərqli olaraq Azərbaycanda müxtəlif dinləri təbliğ edən kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Bir din xadiminin Azərbaycan xalqının qətlə yetirilməsinə sevinməsi və bunu davamlı olaraq təbliğ etməsi pislənməlidir. Biz son hadisələrlə bağlı beynəlxalq dini təşkilatlardan da gözləyirik ki, erməni din xadiminin səfərini pisləsinlər. Bu kimi addımlar pislənmədiyi təqdirdə, qarşısı alınmadığı təqdirdə erməni tərəfi yeni revanşist addımlarla çıxış edirlər”.