Gəncədə yaşayış binasında yanğın zamanı xəsarət alan 2 nəfər vəfat edib


İyunun 12-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ağır xəsarət alan iki nəfər vəfat edib.

APA-nın yerli ürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar, 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Bakıda xəstəxanada vəfat ediblər.