Bakının erməni diversantlarla bağlı planı işlədi

Baş verənlər  seçki öncəsi reytinqi geriləyən Paşinyanın əlini gücləndirdi

"Azərbaycan 15 erməni diversantı Ermənistana təhvil verdi, əvəzində Ağdamda basdırılmış minaların xəritəsini aldı".

"Sherg.az" xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. 

Analitik vurğulayıb ki, Bakının erməni diversantlarla bağlı planı işlədi: 

"Bu, ən unikal barterdir. Rəsmi Bakı bununla həm də Ermənistanda seçki öncəsi reytinqi geriləyən Paşinyanın əlini gücləndirdi. Barterin baş tutmasında Rusiyanın yox, Qərbin vasitəçilik etməsi də seçki öncəsi Paşinyana dəstək məqsədi daşıyır. Növbəti həftədə - Ermənistanda seçkiyə qədər digər rayonların mina xəritələrinin verilməsinin də şahidi ola bilərik".