Çində qaz partlayışında ölənlərin sayı 12-yə çatıb

Bu gün səhər saatlarında Çinin Şiyan şəhərində ərzaq bazarında güclü partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 12 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Bildirilib ki, 133 yaralıdan 37-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.