Xarici diplomatlar Ağdamda Qiyaslı məscidinə baş çəkiblər 

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam rayonu Qiyaslı kənd məscidinə baş çəkiblər.

APA-nı Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin burada törətdiyi vandallıq əməlləri barədə məlumat veriblər.