Bu qəsəbədə minlərlər insan yerin altında yaşayır - FOTOLAR

Yeraltı qəsəbədə kilsə, mağazalar və sənət qalereyası da var

 

Avstraliya səhrasının tən ortasındakı qəsəbə görənləri heyran edir. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Kuber- Pedi adlı bu qəsəbənin əsas özəlliyi minlərlər insanların yer altında yaşamasıdır.



Bir ildir ki, burada olan minlərlə insan yeraltı tikililərdə yaşamağa üstünlük verir. Bunun üçün çox maraqlı bir səbəb var. Kuber-Pedi Avstraliyanın cənubundakı səhranın ortasında yerləşən maraqlı bir şəhərdir. Bu qəribə qəsəbəyə ən yaxın məskunlaşma yeri yüzlərlə kilometr məsafədədir. Normal olaraq yerli bir yaşayış məskəni olan Kuber- Pedinin əhalisinin sayı sonradan gələnlərlə birlikdə iki mini keçib. Bu qəsəbəni maraqlı edən isə evlərin və binaların olmamasıdır. Əvvəllər mədən sahəsi olmuş Kuber-Pedi də mədən tükəndikdn sonra həmin yerlər evə çevrilmişdir. Yeraltı tikilmiş mindən çox evdə  yaşayan qəsəbə sakinləri çöldə 40 dərəcəni keçən istiliyə qarşı sərin qalma fürsəti əldə edirlər. Bu yeraltı qəsəbədə kilsə, mağazalar və sənət qalereyası da var. Həmçinin bura gələn turistlər üçün də bir otel də var.