Rusiyapərəst  əsgələrdən biri PUA-ya daş atdı

Görüntüləri dünyaya “Reuters” xəbər agentliyi yayıb
 
Donbasdakı rusiyapərəst əsgələrdən birinin ərazidə müşahidə aparan PUA-lara qeyri-adi təpkisi diqqət çəkib. Görüntüləri dünyaya “Reuters” xəbər agentliyi yayıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, görüntülərdə münaqişə bölgəsindəki hərbi texnika və silah-sursatların üzərində uçuş gerçəkləşdirən PUA-ya silahlı dəstə üzvlərindən birinin daş atdığı əksini tapır.  Birisi bu rusiya yanlısına göy üzünün daş saxlamadığını anlatmayıb, şübhəsiz.  Məlumdur ki, mart ayının sonlarında atəşkəsin pozulmasıyla Krım ətrafı və Ukrayna sərhəddinə son 100 ilin ən böyük hərbi qüvvəsini toplayan Rusiyaya ABŞ 2 ay sonra qarşılıq verdi. Hərbi təyyarələri daşıyan “USS Dwight D.Eisenhower” gəmisinin rəhbərliyi altında Hücum Qrupunda yer alan savaş gəmiləri cümə günü İstanbul Boğazından keçərək Qara dənizə daxil olublar.  Bu gəmidə 90 ədəd nüvə başlıqlı “Tamoqavk” raketlərinin olduğu bildirilir. Ukrayna isə Türkiyədən  çox sayda PUA alıb. Böyük ehtimalla Donbas bölgəsində separatçıları görüntüləyən də məhz bu PUA-lardır.