Reytinq qurbanı oldu: “Savaşçı” izləyicilərlə vidalaşır

Azərbaycanda da maraqla baxılan “Savaşçı” izləyicilərlə vidalaşır.  “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, FOX TV-də 5 mövsüm yayımlanan dizi bu həftə final bölümüylə ekrana gələcək.

Məlumdur ki, yeni sezonda məşhur aktyor Tamer Karadağlı da dizi komandasında yer almışdı. Bir neçə bölümdən sonra isə aktyor serialdan ayrıldı. Serialın bir başqa sevilən aktyoru Berk Oktay da “Yasak alma” filminə transfer oldu, nəticədə filmin yapımçıları istənilən reytinqi əldə edə bilmədilər. Bu üzdən də yaradıcılar dizini sonlandırmaq qərarı alıb. Dizinin 109-cu bölümü sonuncu olacaq. Nə qədər sevilən və baxılan dizi olsa da, reytinq aşağı düşürsə, yapımçılar diziyə nöqtə qoyur.