Seyid Abbas Musəvi: Ağdam “Qafqazın Xrosiması” adlandırılır


Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam “Qafqazın Xrosiması” adlandırılır.

 Bu sözləri iyunun 13-də Ağdama səfər zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

İranın işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazır olduğunu söyləyən səfir əminliyini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər yenidən qurulacaq, yeni, gözəl binalar tikiləcək.