Cüneyt Çakırın Avro-2020-də ilk matçı

Türkiyənin FİFA dərəcəli referisi Cüneyt Çakırın Avro-2020-nin final mərhələsində idarə edəcəyi ilk oyun məlum olub.

Qol.az xəbər verir ki, o, Macarıstan - Portuqaliya matçının baş hakimi olacaq. Çakıra yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 15-i keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.