Lukaku İbrahimoviçə çatdı


AVRO-2020-nin qrup oyununda Rusiya millisi ilə oyunda dubla imza atan Romelu Lukaku Belçika yığmasının heyətində 61 və 62-ci qollarını vurub. 

Fanat.Az xəbər verir ki, bununla da Lukaku Avropada milli komandaların heyətində ən çox qol vuran hücumçuları sırasında Zlatan İbrahimoviçə çatıb. 

"Sport Ekspress"in yayımladığı statistikaya əsasən, isveçli bu nailiyyətə 119 oyunda imza atıb, Lukaku isə 62 qolu 94 oyuna vurub. Hazırda onlar 8-ci pilləni bölüşürlər. 

Qeyd edək ki, siyahıya aktivində 104 qol olan Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu başçılıq edir.