Mingəçevirdə dezinfeksiya işləri aprılıb

Mingəçevir şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.

Sherg.az xəbər verir ki, Şəhər ərazisində sanitar-epidemioloji vəziyyət Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, mütəmadi təxirəsalınmaz profilaktik tədbirlər görülür.

İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, o cümlədən məktəb, idarə və müəssisələrdə gündəlik dezinfeksiya işləri aparılır.