Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı verilən səlahiyyətlər uzadılır


Pandemiya ilə mübarizə aparmaq və koronavirusun yayılmasına qarşı müvəqqəti tədbirlər görmək üçün hökumətə verilən səlahiyyət müddəti yenidən uzadılır.

Sherg.az "24News.ge"ya istinadən xəbər verir ki, bu bununla bağlı "Xalq sağlamlığı haqqında" qanuna dəyişiklik layihəsi 14 iyunda Parlamentə təqdim ediləcək.

Qanuna əsasən, pandemiya zamanı hökumətə və onun təyin etdiyi nazirliklərə pandemiya ilə mübarizə aparmaq və yeni koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 1 yanvar 2022-ci ilə qədər uzadılır.

Qeyd edək ki, 22 may 2020-ci ildə verilən qərara əsasən, ölkədə hər hansı föqalədə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etməklə bağlı parlament qərar qəbul etmişdi.