Nigardan gözlənilməz qərar: XTQ gizirinin üzüyünü qaytarıb 

Bir müddət öncə ona efirdə evlilik təklif edən XTQ giziri ilə nişanlanan Nigar Şabanova gözlənilməz  qərar verib. 
“Sherg.az” xəbər verir ki, o nişan üzüyünü qaytarıb. Sənətçi bu barədə “MTV Azərbaycan”a danışıb. O qarşı tərəflə xasiyyətlərinin uyğunlaşmadığını  bildirib. Beləliklə, ayrılmağı qərara alıb. Hərbçinin isə bu ayrılığa razı olmadığı xüsusi vurğulanıb.