Yeniyetmə idmançı vəfat etdi

Azərbaycanın yeniyetmə badmintonçusu Elşən Novruzov dünyasını dəyişib.
"Report"un məlumatına görə, bu barədə federasiyanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Ölümün səbəbi açıqlanmayıb.
Federasiya idmançının vaxtsız vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!